Praqada Avropa Siyasi Birliyinin Sammiti keçiriləcək Praqada Avropa Siyasi Birliyinin Sammiti keçiriləcək

Paşinyanla görüşümüz ola bilər - Ərdoğan

Praqada Avropa Siyasi Birliyinin Sammiti keçiriləcək

Pelosinin Ermənistana səfərinin Cənubi Qafqazdakı proseslərə zərbə vuracaq gücü yoxdur.

Aznews.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O qeyd edib ki, bu səfəri şişirtməyə ehtiyac yoxdur.

"İndi bəzi hazırlıqlar görürük. Buradan qayıtdıqdan sonra lazımi addımları atacağıq. Praqada Avropa Siyasi Birliyinin Sammiti keçiriləcək. Hazırda Praqada keçiriləcək sammitdə iştirak edib-etməməyi dəyərləndiririk. Praqadakı sammitdə iştirak etsək, Paşinyan da ora gələ bilər. Deyəsən, onun ağlında “orada görüşə bilərikmi?” fikri var. Ola bilsin ki, onunla orada bu məsələlərlə bağlı söhbət edək. Amma təbii ki, Qafqazda bu məsələlərlə bağlı bizim də müəyyən addımlarımız olacaq. Hələlik biz yalnız planlaşdırma prosesindəyik", - deyə R. T. Ərdoğan bildirib.