Çavuşoğlu: "Bütün Avropa Polşaya minnətdarlıq borcludur"

“Avropada, düz bizim yanımızda müharibə gedir. Bu müharibənin təsirini bütün dünya hiss edir, lakin ən çox Türkiyə və Polşa kimi region ölkələri təsirlənir".

AzNews.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Polşanın Lodz şəhəərində Fəxri Baş Konsulluğun açılışını edərkən deyib.

O, Polşaya bu müddətdə oynadıqları rola və bu prosesdə üzərlərinə götürdükləri məsuliyyətə görə təşəkkür edib: "Həmçinin, düşünürəm ki, qaçqın yükü də daxil olmaqla, bir çox öhdəlikləri üzərinə götürdüyünə görə bütün Avropa Polşaya minnətdarlıq borcludur. Fürsətdən istifadə edərək, sərhədə düşən raket nəticəsində insan tələfatı ilə bağlı əziz dostum Zbiqnevə (Polşa xarici işlər naziri Rau Zbiqnev - red.) Polşa hökumətinə və xalqına bir daha başsağlığı vermək istəyirəm", - deyə nazir bildirib.

Pərvanə