"İnkişaf etmiş ölkə olmaq üçün Qərbin köləsi olmaq məcburiyyətində deyilik" - İhsan Aktaş

"Türkiyədə millətçilik daha da mühafizəkarlaşıb. Dindarlıq da daha lokallaşıb. Ona görə də bu sintez bir növ bir-birinə yaxınlaşdı".

AzNews.az xəbər verir ki, bunu Türkiyədə tanınmış araşdırmaçı İhsan Aktaş deyib.

"Bu, əvvəllər dövlətin sorğulama məsələsi idi. Çünki islamçılar çox kənarda qalmışdılar. İndi isə onlar Türkiyə Cümhuriyyətinin böyük Türkiyə baxışını genişləndirən bir perspektivə gəldilər. İslamçılıq siyasi diskursdur və bunun əsasında durur: Öz inancımız, öz tariximiz, öz mədəniyyətimiz, siyasətimiz, dövlət idarəçiliyimiz bizə kifayətdir. Təbii ki, Qərbin yeniliklərindən istifadə edəcəyik, amma inkişaf etmiş ölkə olmaq üçün Qərbin köləsi olmaq lazım deyil", - deyə o əlavə edib.

Pərvanə