- Türkiyə
- 17 Mart 2023 17:15
- 5 365
Türkiyə prezidenti finlandiyalı həmkarını qəbul edib

Prezident Rəcəb Tayyib Ərdoğan Finlandiya Prezidenti Sauli Niinistonu Prezident Kompleksində rəsmi mərasimlə qarşılayıb.
Aznews.az xəbər verir ki, iclasın əsas gündəmi Finlandiyanın NATO-ya üzvlüyü olacaq.
2022-ci ilin iyununda Madriddə imzalanan üçlü memorandum çərçivəsində son vəziyyət qiymətləndiriləcək.
Finlandiyanın memorandumda üzərinə götürdüyü məsələlərə əməl edib-etməməsi nəzərdən keçiriləcək.
Mövsüm