Şagirdləri daşıyan avtobusu qəzaya uğrayıb:14 yaralı var

Dənizlinin Mərkəzəfəndi rayonunda tələbələri daşıyan mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində aralarında tələbələrin də olduğu 14 nəfər xəsarət alıb.

Aznews.az xəbər verir ki, Fatih L.-nin rəhbərliyi ilə orta məktəb şagirdlərini daşıyan mikroavtobus Mehmet Akif Ersoy məhəlləsində 56 və 57-ci küçələrin nəzarətsiz kəsişməsində Yasemin K-nin idarə etdiyi avtomobillə toqquşub.

Zərbənin təsirindən idarəetmədən çıxan mikroavtobus yolun kənarındakı divarı sındıraraq bir evin bağçasına daxil olub. Xəbər üzərinə hadisə yerinə sağlamlıq və polis qrupları sövq edilib.

Yaralıların sağlamlıqlarının yaxşı olduğu öyrənilib.

Mövsüm