İstanbul və Kırklarelidə anti-terror əməliyyatı keçirilb

İstanbul və Kırklarelidə anti-terror əməliyyatı keçirilib.

AzNews.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb.

Bildirib ki, İstanbul və Kırklareli şəhərlərində 26 fərqli ünvanda keçirilən əməliyyat nəticəsində 20 nəfər saxlanılıb.

"Separatçı Terror Təşkilatının fəaliyyəti ilə əlaqədar saxlanılan, məhkum edilmiş təşkilat üzvlərinə yardım toplayan və onların gizlənə biləcəyi təhlükəsiz evlər yaradan şəxslər müəyyən edilib. Onların tutulması üçün İstanbul və Kırklarelinin 11 rayonunda 26 müxtəlif ünvanda eyni vaxtda əməliyyat təşkil edilib. 20 nəfər, o cümlədən HDP vilayət sözçüsü və rayon başçıları tutularaq saxlanılıb", - deyə nazir qeyd edib.

Pərvanə