Sabah Albaniya Respublikasının Baş naziri Edi Rama Türkiyəyə səfər edəcək

Türkiyə Rabitə Müdirliyi sosial media hesabından Albaniya Respublikasının Baş naziri Edi Ramanın sabah Türkiyəyə gələcəyini açıqlayıb.

Bəyanatda aşağıdakı sözlər yer alıb:

“Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğanın dəvətinə cavab olaraq Albaniya Respublikasının Baş naziri cənab Edi Rama 20 fevral 2024-cü il tarixində ölkəmizə rəsmi səfər edəcək.

Səfər çərçivəsində Ankarada prezidentimiz və baş nazirimiz cənab Ramanın sədrliyi ilə Türkiyə-Albaniya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının ilk iclası keçiriləcək.

Şuranın iclasında Türkiyə-Albaniya münasibətlərinin bütün aspektləri nəzərdən keçiriləcək və ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsi üçün atılacaq addımlar müzakirə olunacaq.

NATO üzrə müttəfiqimiz Albaniya ilə danışıqlar zamanı ikitərəfli əlaqələrlə yanaşı, sülh və sabitliyin qorunması anlayışı əsasında regional və beynəlxalq, xüsusilə Balkanlarda baş verən hadisələrlə bağlı fikir mübadiləsi aparılacaq.

Şura iclası münasibətilə Türkiyə-Albaniya münasibətlərinin müqavilə əsaslarına əhəmiyyətli töhfələr verəcək müxtəlif hüquqi mətnlərin imzalanması da gündəmdədir.

Hörmətlə ictimaiyyətə açıqlanır”.

Mövsüm

Aznews.az