Ərdoğanın mühafizə dəstəsi qəzaya düşüb

Prezident Ərdoğanın mühafizə qrupu Şırnak İdildə yol qəzası keçirib. Qəzada 1 polis əməkdaşı həlak olub, 2-si polis olmaqla 3 nəfər yaralanıb.

31 Mart seçkiləri öncəsi işini davam etdirən prezident Rəcəb Tayyib Ərdoğan bu gün Şırnak Ədliyyə Meydanında xalqa müraciət edib.

Ərdoğan daha sonra Mardin mitinqinə qatılmaq üçün şəhəri tərk edib. Lakin prezident Ərdoğanın mühafizə qrupu Şırnakın İdil rayonunda yol qəzası keçirib.

Mövsüm

Aznews.az