NTV: Konyada Türk Ulduzlarına məxsus təlim təyyarəsi qəzaya uğrayıb

Türkiyənin Konya şəhərində "Türk Ulduzları"na məxsus NF-5 təlim təyyarəsi tikinti sahəsinə çırpılıb.

Vali Vahdettin Özkan NTV- ə açıqlamasında , təyyarənin düşdüyü bölgədə bir nəfərin öldüyünü qeyd edib.

“Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəmiz bazaya düşüb. Pilotumuz sağdır. Təyyarənin qəzaya uğradığı tikinti sahəsində araşdırmalar davam edir. Əldə etdiyimiz ilk məlumata görə, tikintidə işləyən bir nəfər dünyasını dəyişib”, - deyə Özkan bildirib.

Telekanalın məlumatına görə, pilot fəlakətdən əvvəl paraşütlə tullanaraq xilas ola bilib. Hadisə nəticəsində o, yüngül xəsarətlərlə xəstəxanaya aparılıb.

Mövsüm

Aznews.az