Türkiyədə bələdiyyə seçkilərinin ilkin nəticələri açıqlanıb

Türkiyədə bələdiyyə seçkiləri çərçivəsində bu gün bəzi seçki məntəqələri üzrə ilkin nəticələr açıqlanıb.

Aznews.az xəbər verir ki, seçki qutularının 9,96 faizi açılıb.

Nəticələrə görə, ölkənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) 39,17% səslə liderdir.

Cümhuriyyət Xalq Partiyası (RP) 32,48 faiz səsələ 2-ci, DEM partiyası 6,74 faiz səslə 3-cü yerdədir.

Səsvermə zamanı seçici fəallığı 74,88 faiz təşkil edib.