ABŞ: Türkiyə ilə F-16 razılaşması tamamlandı

ABŞ Dövlət Departamenti Türkiyənin ABŞ-dən F-16 döyüş təyyarələrinin alınmasına dair təklif və qəbul məktubu imzaladığını açıqlayıb.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller , "Türkiyə F-16-ların alınması üçün təklif və qəbul məktubunu imzaladı. Bu satış NATO ilə birgə əməliyyat qabiliyyətinə investisiyadır və ABŞ, Türkiyə və NATO-nun təhlükəsizlik maraqlarını dəstəkləyəcək. Bu satışın yekunlaşması üçün bir qədər vaxt lazım oldu",-deyə qeyd edib.

Mövsüm

Aznews.az