- Türkiyə
- 26 Noyabr 2025 14:23
- 6 660
Fatih Altaylı 4 il 2 ay müddətinə azadlıqdan məhrum edilib
Tanınmış türkiyəli jurnalist Fatih Altaylıya hökm oxunub.
Aznews.az Türkiyə mediasına istinadən xəbər verir ki, məhkəmənin qərarı ilə Fatih Altaylı 4 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, jurnalist Türkiyə Prezidentini təhdid etməkdə ittiham olunur. O, bu ilin iyun ayında həbs edilib.