- Türkiyə
- 18:09
- 372
Yaşar Güler: Azərbaycanla Ermənistanın ən qısa zamanda sülh sazişini imzalayacaqlarına ümid edirik
Türkiyənin milli müdafiə naziri Yaşar Güler ABŞ-da Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasından məmnunluğunu ifadə edib.
Aznews.az xəbər verir ki, o, bu məsələyə Türkiyə parlamentində büdcə müzakirələrində toxunub.
“Ümid edirik ki, sülh sazişinin əhatəli mətni ən qısa zamanda imzalanacaq”, - Yaşar Güler qeyd edib.