- Türkiyə
- 7 İyul 18:56
- 6 964
Tramp: Ərdoğan Ukraynada sülhün əldə olunmasına kömək edir
ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan atdığı addımlar və qəbul etdiyi qərarlarla Ukraynada sülhün bərqərar olmasına töhfə verir.
Tramp bu fikirləri Ankarada keçirilən NATO sammiti çərçivəsində Türkiyə lideri ilə ikitərəfli görüşdən sonra jurnalistlərin suallarını cavablandırarkən səsləndirib.
ABŞ Prezidenti bildirib ki, həm Ukrayna Prezidenti Volodimir Zelenski, həm də Rusiya Prezidenti Vladimir Putinlə yaxşı münasibətlərə malikdir.
“Onların hər ikisi ilə çox yaxşı münasibətlərim var və bu münaqişəni həll edəcəyik. Prezident Ərdoğan da bu məsələnin həllinə kömək edir. O, İran məsələsində olduğu kimi, Ukraynada sülhün əldə olunmasına da dəstək verir”, – deyə Donald Tramp bildirib.
Mövsüm,
AzNews.az