- Türkiyə
- 8 İyul 14:29
- 3 641
Hakan Fidan ABŞ dövlət katibi Marko Rubio ilə görüşüb
Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada keçirilən 36-cı NATO Dövlət və Hökumət Başçıları Zirvəsi çərçivəsində ABŞ dövlət katibi Marko Rubio ilə görüş keçirib.
Diplomatik mənbələrin verdiyi məlumata görə, görüş NATO sammiti çərçivəsində baş tutub. Tərəflərin ikitərəfli münasibətlər və regional gündəmdəki məsələlər ətrafında fikir mübadiləsi apardıqları bildirilir.
Türkiyənin ev sahibliyi etdiyi 36-cı NATO Dövlət və Hökumət Başçıları Zirvəsi ikinci günündə liderlərin iştirakı ilə keçirilən mühüm iclaslarla davam edir.
Sammitin ilk günündə dövlət və hökumət başçıları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və birinci xanım Əminə Ərdoğan tərəfindən Prezident Külliyəsində qarşılanmışdı. Zirvənin ikinci gününün proqramı çərçivəsində liderlər yenidən Beştəpəyə gəliblər.
NATO ölkələrinin liderləri alyansın gündəliyində yer alan strateji məsələlərin müzakirəsi və təşkilatın gələcək fəaliyyət istiqamətlərinə dair qərarların qəbul edilməsi məqsədilə Prezident Kompleksinin Sərgi Salonunda keçirilən iclasda iştirak edirlər.
Mövsüm,
AzNews.az