Türkiyə S-400-lərin reeksportu ilə bağlı danışıqları davam etdirir

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər bildirib ki, Ankara Rusiyadan alınmış S-400 zenit-raket sistemlərinin reeksportu məsələsi ilə bağlı üçüncü ölkələrlə danışıqları davam etdirir.

Nazirin sözlərinə görə, ABŞ ilə hərbi və siyasi sahədə müsbət dinamika ilə davam edən proses çərçivəsində keçmişdən qalan problemlərin həlli və üçüncü ölkələri əhatə edən əməkdaşlıq məsələləri müzakirə olunur.

Gülər bu açıqlamanı Türkiyənin ABŞ-ın F-35 qırıcı proqramına yenidən qoşulmasının qarşısındakı maneələrin aradan qaldırılması ilə bağlı sualı cavablandırarkən verib. Qeyd olunub ki, Ankara Rusiyadan S-400 sistemlərini aldıqdan sonra F-35 proqramından çıxarılmışdı.

Mövsüm,
AzNews.az