İtaliyanın Siciliya adasında Etna vulkanının cənub-şərqi kraterində lava püskürməsi başlayıb. İtaliyanın Siciliya adasında Etna vulkanının cənub-şərqi kraterində lava püskürməsi başlayıb.

Etna yenidən püskürməyə başlayıb - Video

İtaliyanın Siciliya adasında Etna vulkanının cənub-şərqi kraterində lava püskürməsi başlayıb.

AzNews.az xarici KİV-lər istinadən xəbər verir ki, mütəxəssislər kiçik partlayışlar və vulkanik bombalarla müşahidə olunan hazırki püskürmənin təhlükə yaratmadığını düşünürlər. Etnanın ətəyində yerləşən Fontanarossa beynəlxalq hava limanı ştat rejimində işləyir.

Etna Avropada ən yüksək fəal vulkandır. Onun hündürlüyü dəniz səviyyəsindən 3,3 min metr təşkil edir.