Məşhur rok-musiqiçi dünyasını dəyişdi

“Tom Petty and the Heartbreakers” qrupunun yaradıcısı, məşhur amerikalı rok-musiqiçi Tom Petti vəfat edib.

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, rok ifaçısı 66 yaşında dünyasını dəyişib.

Bazar günü axşam saatlarında sənətçi Malibudakı evində huşsuz vəziyyətdə tapılıb. Rok-musiqiçini təcili olaraq xəstəxanaya çatdırıblar. Sənətçi süni nəfəs aparatına qoşulub. Həkimlərin səyinə baxmayaraq rok ifaçısının ürəyi dayanıb.

Tom Petti 1970-ci illərdə öz yaratdığı “Tom Petty and the Heartbreakers” qrupunda çıxış etməyə başlayıb. İfaçının bir çox hitləri var, onlara misal olaraq "American Girl," "Free Fallin'," "Stop Draggin My Heart Around," "Breakdown," "Listen to Her Heart" və başqalarını misal göstərmək olar.