Polisin radar fırıldağı - VİDEO

Yol polisi: "Gizli xidmət aparıram, mənə mane olmayın".


Sumqayıt- Bakı yolunun Ceyranbatan qəsəbəsindən keçən hissəsində yolun kənarında 10 YP 990 dövlət nömrə nişanlı "BMV" markalı avtomobilin içərisində radar qurulub.(Nömrə bu avtomobilin yol polisinə məxsus oluğunu isbat edir) Xeberle.com-un əməkdaşı bu gün həmin avtomobilə yaxınlaşaraq suallarına cavab tapmaq istəyib.

Avtomobildə əyləşən polis əməkdaşının dialoqunu sizlərə təqdim edirik.

- Salam əleyküm.

- Əzizim 70 surət var. Zəng vurun bizim Mətbuat Şurasına. Burda qeyri-qanuni heç nə yoxdur.

- Burda niyə durmusuz?

- Hərəkət surətinə nəzarət edirik.

- Radar var qabaqda.

- Xeyr. Burda gizli xidmət gedir də.

- Qanunda elə şey var?

- Bəli var.

- Hansı qanunda?

- Yol hərəkəti haqqında qanunda.

- Neçənci maddə?

- Zəhmət olmasa yaxınlaşın Respublika QAİsindən məlumat alın. Mən burda xidmətdəyəm. Mənə mane olmayın.

- Neçənci maddə?

- Xahiş edirəm mənə mane olma. Mən burda xidmətdəyəm.

- Bu dəqiqə əraziyə


Yol polisi əl atır ratsiyaya

- Komandir zəhmət olmasa əraziyə naryad göndərin. Burda yoldaşlar mənə maneçilik törədir.

- Xahiş edirəm mənə mane olmayın.

- Gözləyirik qoy gəlsinlər.

- Sən yaxınlaş QAİ respublikaya nə sözün, nə sualın var, orda cavablandırsınlar.

- Sizin adınız nədir?

- Mənim adım Nizami Salamovdur.

- 1182

- Bəli, bəli



AzNews.az