Avropa Birliyi səudiyyəli jurnalist Camal Qaşıqçının öldürülməsi ilə bağlı şəffaf bir araşdırma aparılmasını istəyib. Avropa Birliyi səudiyyəli jurnalist Camal Qaşıqçının öldürülməsi ilə bağlı şəffaf bir araşdırma aparılmasını istəyib.
  • Qərb
  • 21 Oktyabr 2018 09:48
  •  1 459

Avropa Birliyindən Qaşıqçı açıqlaması

Avropa Birliyi səudiyyəli jurnalist Camal Qaşıqçının öldürülməsi ilə bağlı şəffaf bir araşdırma aparılmasını istəyib.

AzNews.az dünya mediasına istinadən xəbər verir ki, Avropa Birliyi rəsmisi Federika Mogerini Avropadakı bir çox qurumlarla mühüm əlaqələri olan Qaşıqçının ölümü ilə bağlı böyük üzüntü duyduğunu və onun yaxınlarına başsağlı verdiyini bildirib. Mogerini Qaşıqçının ölümünün 1963-cü il Vyana sözləşməsinin prinsiplərini pozduğunu da açıqlayıb.

Daha sonra AB rəsmisi Qaşıqçının öldürülməsilə ilə bağlı əhatəli və şəffaf bir istintaqın aparılmasının vacibliyini vurğulayıb, eyni zamanda günahkarların cavab verməsi tələbini irəli srüb.

Qeyd edək ki, oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbul baş konsulluğuna gedən jurnalist Camal Qaşıqçı orada öldürülüb.

Malik LİFTİYEV
AzNews.az