G8-nin bərpa olunması üçün irəli getmək lazımdır G8-nin bərpa olunması üçün irəli getmək lazımdır
  • Qərb
  • 22 Oktyabr 2018 19:15
  •  1 759

G8 bərpa edilməli, Putin bizimlə eyni masa ətrafında oturmalıdır - İtaliyanın baş naziri

G8-nin bərpa olunması üçün irəli getmək lazımdır

"Rusiyanın hesabına böyük səkkizlik (G8) bərpa edilməlidir.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, bu fikirləri İtaliyanın baş naziri Cüzeppe Konte səsləndirib.

Onun sözlərinə görə, Rusiya beynəlxalq böhranların həll edilməsində əsas rollardan birini oynayır: "Biz Rusiya ilə dialoqa başlamalıyıq. Düşünürəm ki, G8-nin bərpa olunması üçün irəli getmək lazımdır ki, Putin bizimlə eyni masa ətrafında otursun".

Newsmondo nəşri yazır ki, G8-in formatı 2014-cü ildən Krımın Rusiyaya birləşdirilməsindən sonra fəaliyyətini dayandırıb. Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya rəsmi Moskva ilə çalışmaqdan imtina ediblər və G7 formatında çalışmağa başlayıblar.

G7-nin son görüşü bu il iyun ayının 8-9-da Kanadanın Kvebek şəhərində keçirilib. ABŞ prezidenti Donald Tramp dəfələrlə bildirib ki, G8 G7-dən çox informativ idi.

İyul ayının sonunda İtaliyanın baş nazir Ağ Ev rəhbərini dəstəkləyək Rusiyanın G8-in tərkibinə qayıtmasının zəruriliyini vurğulayıb.

Kremldə isə Trampın təşəbbüsünə cavab olaraq bildiriblər ki, hazırda Rusiya Federasiyası G7-dən fərqli olaraq digər formatlarda çalışır.

Senator Aleksey Puşkov qeyd edib ki, Rusiyanın G8-ə qayıtması üçün bu ölkələr Moskvaya qarşı iqtisadi müharibəni dayandırmalıdırlar.

Babək Göyüş

© AzNews.az