Hazırda polis atəş açan şəxsləri axtarır Hazırda polis atəş açan şəxsləri axtarır
  • Qərb
  • 1 Noyabr 2018 17:07
  •  1 482

ABŞ Konqresinin yaxınlığında atışma – Ölən var

Hazırda polis atəş açan şəxsləri axtarır

Naməlum şəxslər Kapitoliyanın yaxınlığında atış açıblar, nəticədə ABŞ parlamentinin binasının bütün giriş qapıları bağlanıb.

AzNews.az Ukrayna mediasına istinadən xəbər verir ki, hazırda paytaxtın bütün hüquq-mühafizə orqanlarının əməkdaşları insidentin hansı səbəbdən baş verdiyini araşdırırlar.

Washington Post qəzeti yazır ki, hadisə dünən olub. ABŞ Konqresinin hər iki palatasının yerləşdiyi ərazidə atışma olub, nəticədə 35 yaşlı kişi yaralanıb. O, təcili xəstəxanaya aparılsa da dünyasını dəyişib.

Hazırda polis atəş açan şəxsləri axtarır. Deyilənə görə, atəş avtomobildən açılıb.

ABŞ-ın dövlət idarələrinin ətrafında bu, ilk ərzində ikinci insidentdir. Mart ayında prezident administrasiyasının yanında bir kişi özünü güllələmişdi.

Babək Göyüş

AzNews.az