"Ağ Evin sahibi meksikalıları cinayətkar və yırtıcı adlandırıb" "Ağ Evin sahibi meksikalıları cinayətkar və yırtıcı adlandırıb"
  • Qərb
  • 5 Noyabr 2018 15:29
  •  2 507

CNN-in canlı efirində Trampa 2 dəfə - “donuz” dedilər

"Ağ Evin sahibi meksikalıları cinayətkar və yırtıcı adlandırıb"

ABŞ-ın siyasi icmalçısı Ana Navarro CNN telekanalının canlı efirində iki dəfə Ağ Evin sahibi Donald Trampı “rasist donuz” adlandırıb.

AzNews.az Ukrayna mediasına istinadən xəbər verir ki, insident dünən yayımlanan “Cuomo Prime Time” proqramında baş verib.

Proqramda Trampın miqrasiya əleyhinə atdığı addımlar müzakirə olunarkən aparıcı Kris Kyomo bunu prezidentin ”düşünülmüş oyunu” adlandırıb. Bu zaman icmalçı Stiv Kortes həmkarı Ana Navarroya “Hansı mövqedən çıxış edib deyirsiniz ki, Tramp rasistdir”” sualını verib.

Aparıcı da Kortesin fikirlərinə dəstək olub: “Yəqin onun hərəkətlərinin məntiqini başa düşmür. Prezident belə etməklə sadə insanları qoruyur”.

Bu fikirdən sonra Navarro bərk əsəbiləşib: “Hesab edirəm ki, o, rasistdir. Meksikalıları cinayətkar və yırtıcı adlandırıb. Mən ona "rasist" deyən insanların cərgəsindəyəm. Tramp çoxlu rasist bəyanatlar verib”.

Proqramın sonunda Kortes xanıma etiraz edib: “Siz onun siyasətini müzakirə etməkdənsə, rasist adlandırırsınız”.

Bu zaman Ana Navarro bərk səslə qışqırıb: “O, rasist donuzdur”.

Babək Göyüş

AzNews.az