Ağ Evin sahibinin qarşısında Kremlə qarşı yürütdüyü siyasəti sərtləşdirmək tələbi qoyulacaq Ağ Evin sahibinin qarşısında Kremlə qarşı yürütdüyü siyasəti sərtləşdirmək tələbi qoyulacaq
  • Qərb
  • 7 Noyabr 2018 16:17
  •  2 716

ABŞ seçkiləri Rusiyaya yeni problemlər gətirdi - The New York Times

Ağ Evin sahibinin qarşısında Kremlə qarşı yürütdüyü siyasəti sərtləşdirmək tələbi qoyulacaq

Xəbər verildiyi kimi dünən ABŞ Konqresinə aralıq seçkilərə start verilib. İlkin nəticələrə görə Nümayəndələr palatasında Demokratlar partiyasının hakim partiya hesab edilən Respublikaçılara nisbətən daha çox üzvü olacaq. Bu da hazırkı prezident Donald Trampın xarici siyasətində dəyişikliyə gətirib çıxara bilər.

AzNews.az Ukrayna mediasına istinadən xəbər verir ki, Respublikaçılar Ağ Evin sahibinin qarşısında Rusiya, Səudiyyə Ərəbistanı və Şimali Koreyaya qarşı yürütdüyü siyasəti sərtləşdirmək tələbini qoyacaq.

Bu haqda informasiyanı "The New York Times" nəşri yaylb.

Demokratların rəsmisi Eliot Engel bəyan edib ki, Nümayəndələr palatasında xarici işlər üzrə Komitəyə başçılıq edərsə, Konqressdən İrak və Suriyaya qarşı yeni hərbi gücdən istifadə etməyə razılıq alacaq.

Demokratlar, həmçinin çalışacaq ki, Trampla Putinin Helsinkidə bağlı qapılar arxasında keçirdiyi görüşün əsas detalları üzə çıxsın: "Ağ Ev indiyədək bu görüşün detalları haqda heç bir açıqlama verməyib".

Qeyd edək ki, Tramp demokratları Nümayəndələr palatasındakı qələbə qazanmaqları münasibəti ilə təbrik edib.

İlkin hesablamalara görə isə respublikaçılar Senatdakı üstünlüyü əldən verməyiblər.

Babək Göyüş

AzNews.az