• Qərb
  • 8 Noyabr 2018 12:38
  •  1 514

Nobel qardaşlarının həyatının Bakı dövrü İsveçdə tədqiq olunur

Bununla bağlı kitab 2020-ci ildə işıq üzü görəcək

İsveçdə səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Stokholmdakı Biznes Tarixi Mərkəzinin rəhbəri və alimləri ilə görüşüb.

Dövlət Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə İsveç-Azərbaycan əlaqələrinin tarixindən söz açan mərkəzin rəhbəri Aleksandr Husebye məşhur “Nobel qardaşları” neft istehsalı şirkətinin ölkəmizdə fəaliyyətindən danışaraq, bununla bağlı kitabın hazırlandığını və 2020-ci ildə işıq üzü görəcəyini vurğulayıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov qəbula görə minnətdarlığını bildirərək rəhbərlik etdiyi qurum və onun həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verib. O qeyd edib ki, Azərbaycan İsveçlə əlaqələrin inkişafında maraqlıdır və bunun üçün elmi-tarixi araşdırmalar böyük maraq doğurur.

“Nobel qardaşları” neft istehsalı şirkətinin Azərbaycandakı fəaliyyətinə toxunan F.Muradov bu barədə kitabların yazıldığını və hətta filmin də çəkildiyini vurğulayıb.

© AzNews.az