- Qərb
- 8 Noyabr 2018 15:54
- 1 291
İspaniyanın baş nazirini öldürmək istədilər

İspaniyanın baş naziri Pedro Sançesə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb.
AzNews.az xarici nediaya istinadən xəbər verir ki, İspaniya polisi baş nazir Pedro Sançezə edilən sui-qəsdin qarşısını alıb.
Sançezə hücuma hazırlaşan 63 yaşındakı adamın sentyabr ayında həbs olunduğu bildirilib. Sui-qəsdə hazırlaşan adamın çoxlu sayda ağır silahı olduğu aşkarlanıb.
Həmin şəxsin, Sançezi ispan diktator Fransisko Frankoya dediyi sözlərə görə əvvəllər də təhdid etdiyi deyilib.
Pərvanə AĞAZADƏ
AzNews.az