“Əslində nazir demək istəyib ki...” “Əslində nazir demək istəyib ki...”
  • Qərb
  • 13 Noyabr 2018 17:52
  •  1 243

“Nazirimizin fikri səhv başa düşülüb” - Fransadan Türkiyəyə mesaj

“Əslində nazir demək istəyib ki...”

Fransanın Xarici İşlər Nazirliyi, nazir Jean-Yves Le Drianın dünən Camal Qaşıqçı cinayəti və Türkiyə ilə bağlı verdiyi açıqlamanın səhv başa düşüldüyünü bildirib.

AzNews.az Türkiyə mediasına istinadən məlumatına görə, xəbərdə Le Drianın əslində Qaşıqçı hadisəsində reallığı tam aşkara çıxaracaq məlumatların ona gəlib çatmadığını və cinayətlə bağlı reallığın Türkiyədə olan səs yazısı ilə məhdudlaşmadığını demək istədiyi qeyd olunub.

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu mövzu ilə bağlı dünən verdiyi açıqlamada “Fransanın xarici işlər naziri hər şeydən əvvəl həddini aşıb. O, bir prezidentlə necə danışmalı olduğunu bilməlidir. İkincisi, öz prezidentləri ilə Rəcəb Tayyib Ərdoğanı səhv salmasın”, - deyib.

Pərvanə AĞAZADƏ
AzNews.az