Hadisə Çikaqo şəhərində baş verib. Hadisə Çikaqo şəhərində baş verib.
  • Qərb
  • 20 Noyabr 2018 09:08
  •  935

Xəstəxanada atışma: 4 ölü, 2 yaralı - Ölənin biri polisdir

Hadisə Çikaqo şəhərində baş verib.

ABŞ-da xəstəxanaların birində baş verən atışmada 4 nəfər ölüb.

AzNews.az Ukrayna mediasına istinadən xəbər verir ki, hadisə Çikaqo şəhərində baş verib.

ABC7 telekanalı deyir ki, ölənlər arasında polis əməkdaşı da var. Həkimlər yaralı iki qadının vəziyyətinin kritik olduğunu bildirib.

Mənbə deyir ki, öncə 2 nəfərin öldüyü haqda məlumatlar yayılıb. Bunlar reanimasiya şöbəsinin həkimi və bir nəfər polis olub.

Deyilənə görə, atəş açan kişi xəstəxanada çalışan sevgilisi ilə dalaşıb. Öncə qızı güllələyib, sonra isə xəstəxananın yanındakı parkovkadan binaya daxil olaraq insanlara atəş açıb.

Hazırda atış açan şəxsin kimliyi və onun sonrakı taleyi haqda heç bir bilgi verilmir.

Babək Göyüş

AzNews.az