Uilyam Makreyven ABŞ prezidentinin yeni tənqid obyektinə çevrilib Uilyam Makreyven ABŞ prezidentinin yeni tənqid obyektinə çevrilib
  • Qərb
  • 20 Noyabr 2018 10:05
  •  1 921

Tramp özünə yeni düşmən tapdı

Uilyam Makreyven ABŞ prezidentinin yeni tənqid obyektinə çevrilib

Ehtiyatda olan Uilyam Makreyven ABŞ prezidenti Donald Trampın yeni tənqid obyektinə çevrilib.

AzNews.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu haqda informasiyanı The Hiil nəşri yayıb.

Mənbə bildirir ki, Uilyam Usama ben Ladenin yaratdığı "Al-Kaida" terror təşkilatının məhvetmə əməliyyatına rəhbərlik edib.

Ağ Evin sahibi Fox News telekanalına müsahibəsi zamanı deyib ki, ABŞ Ben Ladeni tez də tuta bilərdi: "Mən bu haqda öz kitabımda yazmışdım. Hələ o vaxt Ümumdünya Ticarət Mərkəzinə hücum təşkil edilməmişdi. Klinton müvəffəqiyyətsizliyə uğradı".

Trampın bu açıqlaması rəsmilər tərəfindən pis qarşılanıb. ABŞ-ın sabiq müdafiə naziri Leon Panetta bəyan edib ki, ABŞ prezidenti belə çıxışları ilə silahlı qüvvələrin ali baş komandanı kimi nüfuzunu aşağı salır.

Ağ Evin sahibi bu il avqust ayının 26-da 82 yaşında dünyasını dəyişən senator Con Makkeyni də tənqid edib. Qarşı tərəf də onun apardığı siyasəti bəyənmədiyini deyib.

Xatırladaq ki, Makkeyn ölkədə aparılan səhiyyə islahatlarına qarşı çıxış edib. Bu isə Trampın marağına xidmət etməyib.

Babək Göyüş

AzNews.az