- Qərb
- 25 Noyabr 2018 16:54
- 1 231
Almaniya hərbçilərinin sayını artırır
Hazırda Almaniya ordusunda 183 min nəfər xidmət edir.
Almaniyanın müdafiə naziri Ursula fon der Lyayen 2025-ci ilə qədər Bundesverin sayını 5 min nəfər artırmaq niyyətindədir.
Bu barədə “Bild”ə istinadla xəbər verir.
Hazırda Almaniya ordusunda 183 min nəfər xidmət edir. İlkin planlara əsasən, Berlin bu göstəricini 198 minə çatdırmalı idi. Lakin indi söhbət 203 min nəfərdən gedir.
Planların yenilənməsinə səbəb isə Almaniya silahlı qüvvələrinin NATO çərçivəsindəki vəzifələrinin dəyişməsi və Avropa layihələri ilə əlaqəlidir.(oxu.az)
AzNews.az