"Mənə Rusiyanın belə təcavüzü xoş gəlmir”. "Mənə Rusiyanın belə təcavüzü xoş gəlmir”.
  • Qərb
  • 28 Noyabr 2018 10:33
  •  1 386

Putinlə bəlkə görüşmədim - Tramp

"Mənə Rusiyanın belə təcavüzü xoş gəlmir”.

ABŞ prezidenti Donald Tramp Argentinada keçiriləcək G20 sammitində Rusiya prezidenti Vladimir Putinlə nəzərdə tutulan görüşdən imtina edəcəyi anonsunu verib. O, bunu Kerç boğazındakı insidentlə əlaqələndirib.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, Ağ Evin sahibi “The Washington Post” nəşrinə müsahibə verib:

“Putinlə bəlkə görüşmədim, çünki mənə Rusiyanın belə təcavüzü xoş gəlmir”.

ABŞ prezidenti jurnalistin “Rusiyanın Ukrayna gəmilərini saxlamaq hüququ olubmu?” sualını belə cavablandırıb: “Bu, Milli Təhlükəsizlik Agentlyinin hazırladığı hesabatdan sonra məlum olacaq”

Qeyd edək ki, G20 sammiti noyabrın 29-dan dekabrın 1-dək Argentinanın paytaxtı Buenos-Ayres şəhərində keçiriləcək.

Bir müddət öncə Ağ Evin mətbuat xidmətinin rəhbəri Sara Sanders G20 sammitində Trampla Putinin ikitərəfli formatda görüşünün keçiriləcəyini demişdi.

Babək Göyüş

© AzNews.az