Neft bazarının iştirakçıları ABŞ prezidenti Donald Trampın OPEC-in qərarlarına gizli müdaxiləsindən narahatdır. Neft bazarının iştirakçıları ABŞ prezidenti Donald Trampın OPEC-in qərarlarına gizli müdaxiləsindən narahatdır.
  • Qərb
  • 6 Dekabr 2018 13:14
  •  2 006

Neft bazarında Tramp qorxusu - Gözlər Ağ Evdə

Neft bazarının iştirakçıları ABŞ prezidenti Donald Trampın OPEC-in qərarlarına gizli müdaxiləsindən narahatdır.

Bu barədə CNBC material yayıb. Məlumatda qeyd olunur ki, hazırda OPEC üzvlərinin yeni kvotayla bağlı ortaq məxrəcə gələcəyinə ümid var. Üstəlik bu iclas 2008-ci ildən bəri ən siyasiləşmi toplantı hesab edilir.

Bazarın ən böyük qorxusu isə Trampla bağlıdır. Bazar iştirakçısı olan dövlətlər ABŞ prezidentinin kartelin qərarına müdaxiləsindən narahatdır.

Belə ki, OPEC-in hasilatı sutkada 1,4 milyon barel azaltması barədə qərar verəcəyi müzakirə edilir. Ancaq bazar iştirakçıları hesab edir ki, Tramp bu qərarın qəbuluna imkan verməyəcək.

Məsələn, ən böyük bazar iştirakçlarından olan Səudiyyə Ərəbistanı jurnalist Camal Qaşıqçının ölümü ilə bağlı ittiham olunur. Vəliəhd şahzadəyə yönəlik ittihamlar isə son günlər ABŞ-da tez-tez səslənir. Bu da neft ölkəsinə təzyiqin bir yolu hesab olunur. İclasdan əvvəl isə Qətər kerteli tərk edəcəyini bildirib.(cebhe.info)

© AzNews.az