Etirazçıların geyim mağazalarını talaması ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb Etirazçıların geyim mağazalarını talaması ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb
  • Qərb
  • 10 Dekabr 2018 14:45
  •  1 484

“Sarı jiletlilər” kütləvi şəkildə mağazaları talan edirlər

Etirazçıların geyim mağazalarını talaması ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb

Fransada vergilərin azaldılması üçün küçələrə axışan etirazçılar bu dəfə də geyim mağazalarına hücum ediblər.

Sputnik Azərbaycan-ın xarici mətbuata istinadən xəbərinə görə, etirazçıların geyim mağazalarını talaması ilə bağlı görüntülər sosial şəbəkələrdə də yayılıb.

Məlumata görə, hökumətin vergi siyasətinə qarşı keçirilən son etiraz aksiyasında 1500-dən artıq etirazçı iştirak edib.

Xatırladaq ki, ötən aydan etibarən "sarı jiletlilər" adlanan etirazçılar Fransada benzin və benzinə tətbiq olunan yeni vergilərin ləğv edilməsi tələbi ilə müxtəlif şəhərlərdə aksiya keçirirlər.

Bu arada, Fransada davam edən etiraz aksiyalarında ölkənin Avropa İttifaqından (Aİ) çıxarılması tələb olunub.

Etirazçılar ölkə başçısı Emanuel Makronun artıq Fransada keçirilən etiraz aksiyalarına nəzarəti itirdiyini iddia edərək, onun istefasını və ölkənin Aİ-dən çıxarılmasını tələb ediblər.

Məlumata görə, minlərlə etirazçı polislərin müdafiə tədbirlərini yerlə-yeksan edərək hökumətin istefası üçün müxtəlif şüarlar səsləndiriblər. Artıq bir neçə həftədir davam edən etiraz aksiyası zamanı 400-dən artıq şəxs həbs edilib. Buna baxmayaraq, etirazçılar polislərin müqavimətini qıraraq güc tətbiq ediblər.

© AzNews.az