Bu gün iki ölkənin ticarət rəsmiləri arasında telefon danışıqları olub. Bu gün iki ölkənin ticarət rəsmiləri arasında telefon danışıqları olub.
  • Qərb
  • 11 Dekabr 2018 20:37
  •  2 110

KİV: Çin ABŞ avtomobilləri üçün idxal rüsumunu azaldır

Bu gün iki ölkənin ticarət rəsmiləri arasında telefon danışıqları olub.

Çin hökuməti ABŞ istehsalı olan avtomobillərin idxal rüsumlarını azaltmağa hazırlaşır.

Yaxın günlərdə rüsumları hazırkı 40 faizdən 15 faizədək azaltmaqla bağlı təklif müzakirəyə çıxarılacaq.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp sonuncu "G-20" sammiti əsnasında iki ölkə başçıları arasındakı danışıqlardan sonra Çin tərəfinin belə bir addım atmağa güzəşt olaraq razılıq verdiyini bildirmişdi.

Mənbələrin dediyinə görə, bu gün iki ölkənin ticarət rəsmiləri arasında telefon danışıqları olub. Bu da “Huawei” şirkətinin maliyyə direktoru Menq Vanjounun ABŞ hökumətinin sorğusu əsasında ötən gün Kanadada həbs olunmasından sonra yaranan qalmaqala baxmayaraq, ticarət məsələlərinə dair tərəflər arasında təmasların davam etdiyini göstərir.

AzNews.az