- Qərb
- 14 Dekabr 2018 12:42
- 1 515
Bu il Almaniyada müsəlmanlara 578 hücum olub
2018-ci ilin ilk 9 ayında Almaniyada müsəlmanlara qarşı 578 cinayət hadisəsi qeydə alınıb.
Hücumlar nəticəsində 40 nəfər yaralanıb.
Bu cinayətlərə həqarət, təhqir və məscidlərə hücum da daxildir.
Almaniya Sosial Demokrat Partiyasının sorğusuna cavab verən hökumət qeyd edib ki, müsəlmanlara qarşı cinayət faktlarında təhqir etmə, yaralama, mülkiyyətə ziyan vurma və ölkə konstitusiyası tərəfindən qadağan edilən simvolların divara yapışdırılması kimi hallar var.
Hökumətin izahatına o da bildirilir ki, iki müsəlmanın ağır yaralanması səbəbindən iki nəfər həbs olunub.(teleqraf.com)
© AzNews.az