• Qərb
  • 3 Yanvar 2019 13:27
  •  306

Danimarkadakı qatar qəzasında 8 nəfər öldü

Danimarkada sərnişin qatarının qəzaya uğraması nəticəsində həlak olanların sayı 8 nəfərə çatıb.

Interfax informasiya agentliyi xəbər verir ki, qəza nəticəsində, həmçinin 16 nəfər xəsarət alıb.

Dəmiryol qəzası yanvarın 3-də yerli vaxtla saat 8:00-da Böyük Belt boğazından keçən və Fyun və Zelandiya adalarını birləşdirən eyni adlı körpüdə qeydə alınıb. Qarşı tərəfdən gələn yük qatarından qopan brezent parçası səbəbindən sərnişin qatarının maşinisti əyləci sərt şəkildə basıb və bu da qəza ilə nəticələnib.

Ümumilikdə 134 nəfərin, o cümlədən 3 maşinistin olduğu sərnişin qatarı Kopenhagendən Odense şəhərinə doğru hərəkət edirdi.(AZƏRTAC)

© AzNews.az