“Prezidentin quldurlarla münasibəti bütün dünya üçün təhlükəlidir". “Prezidentin quldurlarla münasibəti bütün dünya üçün təhlükəlidir".
  • Qərb
  • 5 Yanvar 2019 12:15
  •  2 985

Trampın Putinlə münasibəti təhlükəlidir - Nensi Pelosi

“Prezidentin quldurlarla münasibəti bütün dünya üçün təhlükəlidir".

“Hesab edirəm ki, ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə münasibəti təhlükəlidir”.

“RİA Novosti”yə istinadən xəbər verilir ki, bunu ABŞ Nümayəndələr palatasının (ABŞ Konrqesinin Aşağı palatası) yeni sədri Nensi Pelosi MSNBC telekanalının Donald Trampla Vladimir Putinin münasibətləri barədə sualını cavablandırarkən deyib.

“Prezidentin (Donald Trampı nəzərdə tutur- red.) quldurlarla münasibəti bütün dünya üçün təhlükəlidir. Vladimir Putin? Ciddi soruşursuz? Fikrimcə, çox təhlükəlidir”, - Nensi Pelosi vurğulayıb.

Qeyd edək ki, Nensi Pelosi Nümayəndələr palatasının yeni sədri seçilib. O, 2019-2020-ci illərdə Aşağı palataya sədrlik edəcək. O, bu palatada 2003-cü ildən Demokratlar Partiyasına başçılıq edir. 2007-2011-ci illərdə Nümayəndələr məclisinə sədr seçilən ilk qadındır. (Report)