Donald Trampın ABŞ qoşunlarının Əfqanıstandan çıxarılacağını elan etməsi, ABŞ-ın bu ölkədə apardığı müharibədə məğlub olduğu, Vaşinqtonun yürütdüyü siyasətin isə daşa dirəndiyi bir şəraitdə atılmış düzgün addımdır. Donald Trampın ABŞ qoşunlarının Əfqanıstandan çıxarılacağını elan etməsi, ABŞ-ın bu ölkədə apardığı müharibədə məğlub olduğu, Vaşinqtonun yürütdüyü siyasətin isə daşa dirəndiyi bir şəraitdə atılmış düzgün addımdır.
  • Qərb
  • 8 Yanvar 2019 11:55
  •  1 685

ABŞ Əfqanıstan müharibəsini uduzub - “National Interest”

Donald Trampın ABŞ qoşunlarının Əfqanıstandan çıxarılacağını elan etməsi, ABŞ-ın bu ölkədə apardığı müharibədə məğlub olduğu, Vaşinqtonun yürütdüyü siyasətin isə daşa dirəndiyi bir şəraitdə atılmış düzgün addımdır.

Bu haqda ABŞ-ın nüfuzlu “National Interest” dərgisində məqalə dərc olunub.

Müəllifin sözlərinə görə, ABŞ-ın məğlub olduğu müharibəyə son qoymaq cəhdləri təqdirəlayiq olsa da, Tramp administrasiyası hərbi kontingentin Əfqanıstandan çıxarılacağı təqdirdə bunun ağır fəsadlara yol açacağı kimi xam xəyallara qapılmamalıdır.

Məqaləyə əsasən, Vaşinqtonun Əfqanıstanda “asayiş” yaratmaq cəhdləri boşa çıxıb: Taliblər əvvəlki illərlə müqayisədə, daha geniş ərazilərə - az qala torpaqların 60 faizinə nəzarət edir, təhlükəsizlik səviyyəsinə gəldikdə isə, bu yaxınlarda baş vermiş insident (silahı hücum nəticəsində az qala ABŞ-ın Əfqanıstandakı qoşunlarının komandanı general Ostin Skott Miller həlak olmuşdu) vəziyyətin nə yerdə olduğunu göstərir.

“Tramp administrasiyasının “sinə döydüyü” yeni strategiyası yalnız bir istiqamətdə artıma səbəb olub: Əfqanıstana atılan bombaların kəmiyyəti artıb”, - deyə “The National Interest” yazır.(oxu.az)

© AzNews.az