Avropa İttifaqı Rusiya Baş Kəşfiyyat İdarəsinin direktoru və müavininə sanksiya tətbiq edib. Avropa İttifaqı Rusiya Baş Kəşfiyyat İdarəsinin direktoru və müavininə sanksiya tətbiq edib.
  • Qərb
  • 21 Yanvar 2019 16:32
  •  1 990

Aİ Rusiya Baş Kəşfiyyat İdarəsinin direktoruna sanksiya tətbiq etdi

Avropa İttifaqı Rusiya Baş Kəşfiyyat İdarəsinin direktoru və müavininə sanksiya tətbiq edib.

Avropa İttifaqı (Aİ) Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş zabiti Sergey Skripalın zəhərlənməsində iştirakına görə Rusiyanın 9 vətəndaşına və bir müəssisəsinə qarşı sanksiya tətbiq edib.

“UNİAN” xəbər verir ki, bu barədə qərar Aİ-yə üzv dövlətlərin xarici işlər nazirlərinin toplantısında qəbul olunub.

Sanksiyaya məruz qalanlar arasında Rusiya Baş Kəşfiyyat İdarəsinin direktoru, vitse-admiral İqor Kostikov və bir müavini, idarənin əməkdaşları Aleksandr Mişkin (“Aleksandr Petrov”) və Anatoli Çepiqanın (“Ruslan Boşirov”) da adları var.

Avropa İttifaqının XİN başçılarının toplantısında Suriyanın 5 şirkətinə və 11 nəfərə sanksiyanın genişləndirilməsi barədə də qərar qəbul olunub.(report.az)

© AzNews.az