Ölkəyə dəymiş ziyanın ümumi məbləği isə qat-qat çoxdur. Ölkəyə dəymiş ziyanın ümumi məbləği isə qat-qat çoxdur.
  • Qərb
  • 22 Yanvar 2019 15:00
  •  1 670

ABŞ hər saatda 12 milyon dollar itirir - Şatdauna görə

Ölkəyə dəymiş ziyanın ümumi məbləği isə qat-qat çoxdur.

ABŞ-ın “PolitiFact” nəşri yazır ki, şatdaun nəticəsində ABŞ hər saatda 12 milyon dollar itirir. Ekspertlərin hesablamalarına görə, ABŞ tarixində ən sürəkli şatdaun (hökumət idarələrinin qismən bağlanması) ilə əlaqədar, ölkə hər saatda 12 milyon dollar itirir.

Dekabrın 22-dən davam edən şatdauna səbəb Meksika ilə sərhəddə divar tikintisi üçün 5,7 milyard dollar vəsait ayrılması məsələsində Prezident Donald Tramp ilə Demokratlar Partiyasının nümayəndələri arasında siyasi fikir ayrılığıdır. ABŞ Konqresindəki demokratlar bu vəsaitin dövlət büdcəsinə daxil edilməsinə razılıq verməyiblər.

PolitiFact” nəşrinə istinadla xəbər verilir ki, budəfəki şatdaunun 25 günü ərzində Vaşinqtondakı 10 müxtəlif idarənin 240 min qulluqçusuna dövlətin borcu təqribən 1,2 milyard dollara çatıb. Ölkəyə dəymiş ziyanın ümumi məbləği isə qat-qat çoxdur.

Ümumi daxili məhsulun azalması da buraya aiddir. Ağ Ev nəzdində milli İqtisadi Şuranın sədri Kevin Hasset əvvəlcə bildirib ki, hər iki həftə ərzində ÜDM 0,1 faiz azalır. Lakin sonra Kevin Hasset öz proqnozunu dəqiqləşdirərək itkinin 0,26 faiz olduğunu söyləyib.

ÜDM-in təqribən 17 faizini federal vergilər təşkil etdiyini nəzərə alsaq, belə çıxır ki, ABŞ təkcə federal vergilər hesabına hər saatda 1,7 milyon dollar itirir. Ekspertlər bu nəticəyə gəliblər ki, hökumət idarələrinin bağlanması hökumətin özünə bu idarələrin işindən qat-qat baha başa gəlir. (Azərtac)