İtaliya rəsmisi fransızları Afrikanı istismar etməkdə günahlandırıb. İtaliya rəsmisi fransızları Afrikanı istismar etməkdə günahlandırıb.
  • Qərb
  • 22 Yanvar 2019 16:34
  •  4 538

İtaliyalı nazir Fransanı ittiham etdi

İtaliya rəsmisi fransızları Afrikanı istismar etməkdə günahlandırıb.

Avropa Birliyinin iki müttəfiq ölkəsi - Fransa və İtaliya arasında müstəmləkə böhranı yaşanır.

Xarici mediaya istinadən xəbər verili ki, buna İtaliya baş nazirinin müavini Luici di Mayonun Fransanın Afrikadakı müstəmləkəçilik tarixi haqqında söylədikləri səbəb olub.

İtaliya rəsmisi fransızları Afrikanı istismar etməkdə günahlandırıb.

“The Local” saytının verdiyi məlumata əsasən Luici di Mayo Fransanın Afrikada yürütdüyü siyasəti qitədəki kasıblığın və kütləvi miqrasiyanın qaynağı heab etdiyini söyləyib.

“Əgər ordakı insanlar yurdlarını boşaldırlarsa, bu, Fransa başda olmaqla digər Avropa ölkələrinin onlarla Afrika dövlətini müstəmləkə halına salmaqda davam etdiyi üçündür,” –deyə di Mayo söyləyib.

Qeyd olunur ki, bundan daha öncə İtaliya baş nazirinin müavini Afrikada törətdiyi əməllərinə görə Fransaya qarşı sanksiya tətbiq olunmasını təklif edib. Onun sözlərinə görə, Avropa Birliyi Afrikadan getməyən bütün ölkələri beynəlxalq sanksiyalara məruz qoymalıdır. (Musavat.com)