"Demək olar ki, bütün italiyalılar dəli olublar". "Demək olar ki, bütün italiyalılar dəli olublar".
  • Qərb
  • 13 Fevral 2019 10:23
  •  2 228

Berluskoni italyanları təhqir etdi

"Demək olar ki, bütün italiyalılar dəli olublar".

İtaliyanın keçmiş baş naziri Silviyo Berluskoni ona səs verməyi dayandırmış həmyerlilərini "dəli" adlandırıb.

Siyasətçi "Canale 5" telekanalında çıxışında bəzi həmvətənlərini təhqir edib.

"Berluskoniyə nə qədər insan səs verir? Yüz nəfərdən beş və ya altı nəfər. Buna görə utanıram. Demək olar ki, bütün italiyalılar dəli olublar. Onlar öz başlarını hara "böldülər"?", - deyə 82 yaşlı siyasətçi bildirib.

Siyasətçi həmçinin qeyd edib ki, o, (hakimiyyətdə olarkən -red) vergiləri azaldıb, İtaliyanın dünyadakı rolunu təmin edib, iş yerləri yaradıb.

O, həmçinin bildirib ki, mayda Avropa Parlamentinə keçiriləcək seçkilərdə iştirak edəcək. Siyasətçinin fikrincə, Avropa Birliyi ciddi dəyişiklikləri tələb edir.(report.az)

AzNews.az