Respondentlərin yalnız 36%-i Makronu bəyəndiklərini ifadə ediblər. Respondentlərin yalnız 36%-i Makronu bəyəndiklərini ifadə ediblər.
  • Qərb
  • 13 Fevral 2019 15:58
  •  1 728

Fransızlar Makronu sevmir

Respondentlərin yalnız 36%-i Makronu bəyəndiklərini ifadə ediblər.

Fransada “Ifop-Fiducial” şirkəti ölkədə nazirlərdən tutmuş prezidentə qədər bütün vəzifəli şəxslərin reytinqini öyrənmək üçün sorğu aparıb.

“Le Figaro” nəşrinin xəbərinə görə, sorğuda iştirak edən respondentlərin 73%-i keçmiş ekologiya naziri Nikolya Yulonu bəyəndiklərini bildiriblər.

Eks-baş nazir Alen Jyuppe 56% səs, DİN rəhbəri Jan-İv Drian 49% səs toplayıb.

Respondentlərin yalnız 36%-i hazırki prezident Emmanuel Makronu bəyəndiklərini ifadə ediblər.(qafqazinfo.az)

AzNews.az