"Söhbət milyonlardan gedir". "Söhbət milyonlardan gedir".
  • Qərb
  • 13 Fevral 2019 16:44
  •  1 451

İngiltərədə 140 milyonçunun işinə baxılır

"Söhbət milyonlardan gedir".

Böyük Britaniyanın Cinayətkarlıqla Mübarizə Agentliyi (NCA) çoxu Rusiya vətəndaşı və ya rusiyalı olmaqla 140-a yaxın zəngin insanın işlərini araşdırır.

Bu barədə "RİA Novosti"yə NCA-dakı mənbə bildirib.

Qeyd edilib ki, NCA zəruri məlumatları toplayır və haqqında araşdırmanın aparıldığı şəxslərdən 2018-ci ildə qüvvəyə minən qanunvericiliyə uyğun olaraq kapitalın mənşəyini izah etməyi xahiş edir.

Agentliyin həmsöhbəti siyahıda Rusiyadan başqa, digər ölkələrin, o cümlədən Afrika ölkələrinin nümayəndələrinin olduğunu qeyd edib.

Mənbənin sözlərinə görə, NCA-nın diqqətini var-dövlətləri 50 min funt sterlinqdən qat-qat çox olan zəngin vətəndaşlar çəkib: "Söhbət milyonlardan gedir".(report.az)

AzNews.az