"Alternativ variant heç də yaxşı deyil". "Alternativ variant heç də yaxşı deyil".
  • Qərb
  • 17 Fevral 2019 11:20
  •  2 045

ABŞ Avropa ölkələrinə çağırış etdi - İŞİD-lə bağlı

"Alternativ variant heç də yaxşı deyil".

Amerika lideri Donald Tramp Avropa İttifaqı ölkələrini İŞİD terror qruplaşmasının 800-dən çox yaraqlısını "geri götürməy"ə və onları məhkəmə qarşısına çıxartmağa çağırıb.

O bunu "Twitter" mikrobloqunda yazıb.

"Birləşmiş Ştatlar Böyük Britaniya, Fransa, Almaniya və Avropadan olan digər müttəfiqlərindən Suriyada yaxaladığımız 800-dən çox İŞİD yaraqlısını geri götürməyi və onları məhkəmə qarşısına çıxartmağı xahiş edir", - deyə Tramp bildirib.

O əlavə edib ki, "alternativ variant heç də yaxşı deyil", yəni ABŞ onları azad etmək məcburiyyətində qalacaq.(report.az)

AzNews.az