Litva ilə ABŞ arasında razılaşmaya uyğun olaraq ölkəyə “Javelin” raketləri gətirilib. Litva ilə ABŞ arasında razılaşmaya uyğun olaraq ölkəyə “Javelin” raketləri gətirilib.
  • Qərb
  • 20 Fevral 2019 10:17
  •  1 712

Litva ordusu ABŞ-dan yeni raket kompleksləri aldı

Litva ilə ABŞ arasında razılaşmaya uyğun olaraq ölkəyə “Javelin” raketləri gətirilib.

Litva Müdafiə Nazirliyi xəbər verir ki, 17,7 milyon avro dəyərində olan tank əleyhinə raket kompleksləri artıq ölkəyə çatdırılıb. Məbləğin iyirmi faizi ABŞ tərəfinin yardımı hesabına ödənilib. ABŞ-dan əldə edilən bu raketlər ölkə ordusunun müdafiə qabiliyyətini artırmaqla yanaşı, potensial düşmənə qarşı çəkindirici amil olacaq.(AZƏRTAC)

AzNews.az