Prezidentin keçmiş vəkili mayın 6-da həbsxanaya göndəriləcək. Prezidentin keçmiş vəkili mayın 6-da həbsxanaya göndəriləcək.
  • Qərb
  • 21 Fevral 2019 12:51
  •  969

Trampın vəkili həbsxanaya göndəriləcək, amma...

Prezidentin keçmiş vəkili mayın 6-da həbsxanaya göndəriləcək.

ABŞ Prezidenti Donald Trampın 3 il müddətinə həbs cəzası alan keçmiş vəkili Mixail Koenin həbsxanaya göndərilməsi 2 ay təxirə salınır.

Koenin vəkilləri müdafiə etdikləri şəxsin son dövrlər keçirdiyi çiyin əməliyyatı və Konqresin müxtəlif komitələrinə verəcəyi ifadələri əsas gətiriblər.

Nyu-York bölgə məhkəməsi vəkillərin vəsatətini qəbul edib.

Prezidentin keçmiş vəkili mayın 6-da həbsxanaya göndəriləcək.

Qeyd edək ki, həbsxanaya martın 6-da köçürülməli olan Mixail Koen prezident Trampla əlaqələri iddia edilən 2 qadının susması üçün qanunsuz pul təklif etmək, prezident seçkiləri zamanı maliyyə tələblərini pozmaq, bank dələduzluğu və Moskvada əmlak layihəsinin baş tutması üçün Trampa vasitəçilik etməkdə ittiham olunur.(teleqraf.com)

AzNews.az