O, Brexit-lə bağlı mətbuat konfransı keçirib. O, Brexit-lə bağlı mətbuat konfransı keçirib.
  • Qərb
  • 22 Mart 2019 09:38
  •  1 700

Tereza Mey Brexit-in tarixinin təxirə salınmasına etiraz etdi

O, Brexit-lə bağlı mətbuat konfransı keçirib.

Böyük Britaniyanın baş naziri Tereza Mey ölkəsinin Avropa Birliyindən (AB) çıxması tarixinin ertələnməsi fikri ilə razılaşmır.

“TASS” agentliyinə istinadən verilən xəbərə görə, o bunu Brexit-lə bağlı AB Sammitinin yekunlarına dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, AB “bekstop” mexanizminin İrlandiya adasında tətbiq edilməsinin müvəqqəti xarakter daşıdığına dair hüquqi zəmanət verib.

“Bu mexanizmin tətbiqi zamanı cüzi şübhə doğuracaq məqamda belə parlament tam əmin edilməlidir ki, “bekstop” müvəqqəti xarakter daşıyır və bundan sonra Böyük Britaniya və Avropa Birliyi dərhal 2020-ci il dekabrın sonuna kimi “bekstop”un əvəzləyicisi kimi alternativ razılaşmalar üzərində işləyə biləcək”, - deyə Mey vurğulayıb. (ONA)