Rumıniya ordusu İtaliya istehsalı olan avtomat alacaq. Rumıniya ordusu İtaliya istehsalı olan avtomat alacaq.
  • Qərb
  • 23 Mart 2019 17:43
  •  2 378

Daha bir ölkə “Kalaşnikov”dan imtina edir

Rumıniya ordusu İtaliya istehsalı olan avtomat alacaq.

Rumıniya ordusu Rusiya istehsalı olan “Kalaşnikov” avtomatından imtina edir.

“Ukrinform” xəbər verir ki, bunu Rumıniyanın iqtisadiyyat naziri Nikolae Bedeleu bəyan edib.

O bildirib ki, əvəzində Rumıniya ordusu İtaliya istehsalı olan avtomat alacaq.

Plopen şəhərində yerləşən zavod İtaliyanın “Beretta” silah istehsalçısı ilə əməkdaşlığa başlayacaq. Zavodda ARX-160 avtomatının iki yeni növünün istehsalı planlaşdırılır.

Bedeleu bildirib ki, Rumıniyada istehsal olunacaq atıcı silahlar həmçinin xaricə ixrac olunacaq.(oxu.az)

AzNews.az