Bu barədə Finlandiyanın Əmək Nazirliyi xəbər verir Bu barədə Finlandiyanın Əmək Nazirliyi xəbər verir
  • Qərb
  • 3 Aprel 2019 17:25
  •  2 238

Finlandiya ixtisaslı işçi çatışmazlığı ilə qarşılaşıb

Bu barədə Finlandiyanın Əmək Nazirliyi xəbər verir

Finlandiyanın əmək bazarında nəzərəçarpacaq dərəcədə ixtisaslı işçi çatışmazlığı hiss olunur.

Bu barədə Finlandiyanın Əmək Nazirliyi xəbər verir.

Ölkənin Əmək Nazirliyi hər il əmək bazarındakı vəziyyətlə bağlı 200 peşə üzrə göstəricilər əsasında təhlil aparır. Son yoxlamalar Finlandiyada səhiyyə və sosial sahələrdə mütəxəssislərin çatışmazlığını göstərib. Daha gərgin vəziyyətin olduğu xəstəxanalarda terapevt, loqoped və digər ixtisaslar üzrə həkim vəzifələrinin boş qalması müşahidə edilib.

Alınan məlumatlar, həmçinin onu sübut edir ki, ixtisaslı kadr çatışmazlığı ilə bağlı vəziyyət ildən-ilə pisləşir. Belə ki, 2018-ci ildə kadr çatışmazlığı yalnız 39 sahədə hiss olunurdu. Cari il başlanandan bəri bu problemlər artıq 54 sahədə müəyyən edilib.

Finlandiya məşğulluq mərkəzlərinin məlumatına görə, ölkədə fəaliyyət göstərən bir çox şirkətlər də restoranlarda müxtəlif işləri yerinə yetirən əməkdaşlar, süpürgəçi, yedək avtomobilləri sürücüsü, ev işlərində köməkçi və rəngsaz axtarırlar.(AZƏRTAC)

AzNews.az